Azərbaycanla Fransa arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Azərbaycanla Fransa arasında parlamentlərarası əlaqələr müzakirə olunub Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.
Xarici siyasət
18 May , 2019 13:36
Azərbaycanla Fransa arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.

Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycanla Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

Tərəflər Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayaraq, bundan sonra da münasibətlərin sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.

Görüş zamanı, həmçinin Azərbaycanla Fransa arasında gündəlikdə duran cari məsələlər barədə tərəflər arasında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi