Yuxarı
    Bağlamaq

    Azərbaycanla bağlı hesabat AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında müzakirə olunacaq

    Hesabatın ilkin layihəsi sentyabr ayında AŞPA-nın Monitorinq Komitəsinin iclasında təqdim olunacaq

    Bakı. 21 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda sentyabrda Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabatın ilkin layihəsini təqdim edəcəklər. 

    Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən bildiriblər.

    Hesabatın özünün isə oktyabr ayında AŞPA-nın payız sessiyasında təqdim olunacağı planlaşdırılır.

    Xatırladaq ki, həmməruzəçilər iyunun 12-14-də Azərbaycana səfər ediblər. Səfər zamanı onlar ölkə prezidenti, parlemantin spikeri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokurorun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin və Ombudsman Aparatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda, Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşüblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi