Yuxarı

Azərbaycanla Albaniya arasında enerji əməkdaşlığı məsələləri müzakirə olunub

Bazeldə Azərbaycan və Albaniyanın xarici işlər nazirləri arasında görüş keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 21-ci iclası çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb. XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) lahiyələrinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi