Azərbaycanın XİN başçısı Latviya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın XİN başçısı Latviya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Elmar Məmmədyarov Latviya rezidenti Raymonds Veyonis ilə görüşüb
Xarici siyasət
17 Mart , 2017 17:13
Azərbaycanın XİN başçısı Latviya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Mfa.gov.az

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Latviya prezidenti Raymonds Veyonis ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğu vurğulanıb. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Raymonds Veyonis iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

E.Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə aparılan danışıqlar barədə məlumat verib. Latviya Prezidenti Raymonds Veyonis ölkəsinin Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini vurğulayıb. 

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyini dəstəklədiyinə görə Latviya prezidentinə minnətdarlıq ifadə edib.

Son xəbərlər

Orphus sistemi