Yuxarı

Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb

Elmar Məmmədyarov Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb. "Report"un məlumatına görə, E.Məmmədyarov Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələrini xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Görüşdə "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsinin gedişatı, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq. 

Görüşdə, həmçinin genişləndirmə üzrə Avropa komissarı Yohannes Han və Avropa İttifaqı baş katibinin müavini Helqi Şmidtin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı" Avropa İttifaqı ilə 6 dövlət - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus arasında siyasi və iqtisadi inteqrasiyaya yönəlmiş proqramdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi