Azərbaycanın UNESCO-dakı nümayəndəsi İrandakı səfirliyə hücumu pisləyib

Azərbaycanın UNESCO-dakı nümayəndəsi İrandakı səfirliyə hücumu pisləyib “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirik!”
Xarici siyasət
27 Yanvar , 2023 13:24
Azərbaycanın UNESCO-dakı nümayəndəsi İrandakı səfirliyə hücumu pisləyib

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirik!”

“Report” xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev tviterdə yazıb.

“Diplomatik nümayəndəliyimizə edilən bu mənfur hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Allah rəhmət eləsin!”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi