Azərbaycanın Türkmənistandakı səfirliyi üçün torpaq sahəsi ayrılacaq

Azərbaycanın Türkmənistandakı səfirliyi üçün torpaq sahəsi ayrılacaq Türkmənistan prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.
Xarici siyasət
258
11 Mart , 2020 15:26
Azərbaycanın Türkmənistandakı səfirliyi üçün torpaq sahəsi ayrılacaq
Report
0 : 00
0 : 00

Türkmənistan prezidentinin Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.

“Report” xəbər verir ki, Azərbaycan və Türkmənistan səfirliklər üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında razılaşıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş"i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi