Yuxarı

​Azərbaycan səfiri Litvanın Ukmerqe şəhərində olub

Səfər zamanı bir sıra görüşlər keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın Ukmerqe şəhərinə səfər edib.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, H.Məmmədzadə səfər çərçivəsində Ukmerqe şəhərinin meriyasında, polis komissarlığında, texnologiya və biznes məktəbində, rəssamlıq məktəbində, o cümlədən iş adamları ilə görüşlər keçirib.

Şəhər meri Ronaldas Yaniskas ilə görüş zamanı regionlararası əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə səfir Azərbaycan ilə Litva arasında ikitərəfli və çoxtərəfli münasibətlərin dinamik inkişaf etdiyini bildirərək, artıq regionlar arasında da əlaqələrin yaradıldığını vurğulanıb və Litvanın Şaulyay şəhəri ilə Azərbaycanın Şəmkir şəhəri arasında qurulmuş uğurlu əlaqələrdən danışıb.

Polis komissarlığında görüşdə komissarlığın rəisi Mindauqas Petrauskas Azərbaycan polisindən söz açaraq, onların müasir avadanlıqlarla təchiz edilməsindən və peşəkarlığından heyran olduğunu bildirib.

Ukmerqe texnologiya və biznes, o cümlədən şəhər rəssamlıq məktəblərində keçirilən görüş səfir H.Məmmədzadə Azərbaycan rəhbərliyi tərəfindən təhsil sahəsinə, o cümlədən peşə məktəblərinin inkişafına xüsusi diqqət yetirdiyi qeyd edilib və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə sentyabr ayında Azərbaycan nümayəndə heyətinin Litvaya səfər edəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

Sonda səfir Ukmerqe şəhər sənaye müəssisələrində olub, sənaye konfederasiyası nümayəndələri və iş adamları ilə görüş keçirib. Görüşdə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi