Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu: "Metroda partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur"

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu: "Metroda partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur" Sultan Qasımov: "Müvafiq xidmətlərlə əlaqədəyik"
Xarici siyasət
3 Aprel , 2017 17:05
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu: Metroda partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur

Moskva. 3 aprel. REPORT.AZ/ "Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", - S.Qasımov bildirib.

O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

S.Qasımovun hadisə yerindən əldə etdiyi məlumata görə, metrodakı partlayışlar zamanı 5 nəfər ölüb, 55 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi