Azərbaycanın Qazaxıstandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Azərbaycanın Qazaxıstandakı səfirinin səlahiyyət müddəti başa çatıb Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov səlahiyyət müddətinin başa çatması ilə bağlı Senat sədri Məulen Əşimbayev tərəfindən qəbul edilib.
Xarici siyasət
8 İyun , 2021 20:02
Azərbaycanın Qazaxıstandakı səfirinin səlahiyyət müddəti başa çatıb
Rəşad Məmmədov və Maulen Aşimbayev

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov səlahiyyət müddətinin başa çatması ilə bağlı Senat sədri Məulen Əşimbayev tərəfindən qəbul edilib.

“Report” “Khabar 24”ə istinadən xəbər verir ki, görüş zamanı M.Əşimbayev Qazaxıstan ilə Azərbaycan xalqları arasında dostluq əlaqələrinin inkişafına verdiyi mühüm töhfələrinə görə ona təşəkkür edib. Senat başçısı iki ölkə arasında mövcud olan münasibətlərin müstəqillik əldə edildikdən sonra yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə uğurla inkişaf etdiyini dilə gətirib.

İki ölkə arasındakı əlaqələrin bir istiqamətinin də parlamentlərarası əməkdaşlıq olduğu vurğulanıb, ATƏT PA, TÜRKPA kimi bir sıra beynəlxalq təşkilatlar çərçivəsində səmərəli şəkildə həyata keçirildiyi qeyd olunub.

Səfir Rəşad Məmmədov da vəzifədəykən ona göstərdiyi dəstəyə görə Senat sədri M.Əşimbayevə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi