Azərbaycanın MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə qaldırdığı məsələlər açıqlanıb

Azərbaycanın MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə qaldırdığı məsələlər açıqlanıb “Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşünün əsas müzakirə mövzuları isə bölgə üçün yaranan yeni təhdidlər, miqrasiya sahəsində əməkdaşlıq, humanitar münasibətlər, informasiya-kommunikasiya texnologiyalarından cina
Xarici siyasət
21 Dekabr , 2021 05:24
Azərbaycanın MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə qaldırdığı məsələlər açıqlanıb

“Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşünün əsas müzakirə mövzuları isə bölgə üçün yaranan yeni təhdidlər, miqrasiya sahəsində əməkdaşlıq, humanitar münasibətlər, informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı mübarizə və digər məsələlər idi. MDB ölkələri üzrə həmkarlarımla keçirdiyim görüşlərdə, apardığım danışıqlarda milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə Azərbaycan Respublikasının münasibətini, baxışını çatdırdım. Həmçinin qlobal və bölgə üçün yaranan təhdidlərə qarşı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirləri barədə danışdım”.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bütün müzakirələrin əsas mövzusu Azərbaycanın Vətən savaşında qazandığı tarixi zəfərdən sonra ölkəmizdə və Qafqazda yeni reallıqlar fonunda formalaşan müasir təhlükəsizlik sistemi barədə idi: “Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezidentimizin bu məsələlərlə bağlı həyata keçirdiyi taktiki tədbirlər, müəyyənləşdirdiyi strateji məqsədlər haqda məlumatları həmkarlarımın nəzərinə çatdırdım. Respublikamızın uzun onilliklərdir ki, beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi böyük töhfələrdən və çoxsaylı xarici ölkələrdə sülhyaratma missiyasında öz heyəti ilə fəal iştirak etməsindən onların xəbəri var. Bu faktların timsalında Azərbaycan Respublikasının 10 noyabrdan sonra tarixi ədaləti bərpa etməklə yanaşı, həm də beynəlxalq terrorizmin elementi kimi çıxış edən etnik separatizm və ərazi bütövlüyünə təhlükə meyillərini də zərərsizləşdirdiyini, eyni zamanda Qafqazda möhkəm və etibarlı sülhün bərqərarına böyük səylə çalışdığımızı xüsusi vurğuladım.

Qafqaz bölgəsində maraqları olan, regionda hansısa layihə icra etməyə çalışan dövlətləri, ayrı- ayrı şirkətləri, beynəlxalq təsisatları Azərbaycanla, onun lideri ilə, yeni reallıqlarla hesablaşmağa təşviq edən bir amil də var: Azərbaycan qüdrətli, sabit, təhlükəsiz ölkə olmaqla yanaşı, həm də güclü həmrəyliyə, möhkəm dövlət-xalq birliyinə malik respublika kimi qəbul olunur”.

Prezident İlham Əliyev Azərbaycanın ən böyük Zəfərinin və ən qüdrətli dövrünün müəllifidir: “Günümüzün reallığı, həqiqəti də budur - qətiyyətli İlham Əliyev, qüdrətli Azərbaycan, azad Qarabağ və möhkəm “dəmir yumruq!”.

Son xəbərlər

Orphus sistemi