Azərbaycanın İrandakı səfiri İƏT-nin yeni baş katibi ilə görüşüb
Azərbaycanın İrandakı səfiri İƏT-nin yeni baş katibi ilə görüşübAzərbaycanın İrandakı səfiri və ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda təşkilatın yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda qurumun yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin rolunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, - Ə.Əlizadə yazıb.
Səfir həmçinin yeni baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Pleased to meet with the new #Secretary General of the #Economic Cooperation Organization (ECO), dear Dr. Asad M. Khan.
Exchanged views on further strengthening the role of the #ECO and continuing #Azerbaijan’s active cooperation and contribution within the organization.… pic.twitter.com/1yjA3BXzSD