Azərbaycanın İƏT-dəki daimi nümayəndəsi təşkilatın Baş katibi ilə görüşüb

Azərbaycanın İƏT-dəki daimi nümayəndəsi təşkilatın Baş katibi ilə görüşüb İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Şahin Abdullayevi qəbul edib.
Xarici siyasət
27 Yanvar , 2022 13:26
Azərbaycanın İƏT-dəki daimi nümayəndəsi təşkilatın Baş katibi ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Şahin Abdullayevi qəbul edib.

“Report” İƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Abdullayev Hiseyn Brahim Tahanı vəzifələrinin icrasına başlaması münasibətilə təbrik edib və birgə layihələrin irəli sürülməsində ölkəmizin sıx əməkdaşlığa hazır olduğunu ifadə edib.

Baş katib suverenliyin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanılması məsələsində İƏT-in Azərbaycan hökuməti ilə tam həmrəy olduğunu bildirib.

Xatırladaq ki, Hiseyn Brahim Taha 2021-ci ilin noyabr ayında İƏT-in 12-ci Baş katibi kimi vəzifələrinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi