Yuxarı
    Bağlamaq

    Azərbaycanın İtaliyadakı səfiri Friuli-Venetsiya-Culiya regionuna səfər edib

    Görüşdə bu regiondan olan şirkətlərin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirakı müzakirə edilib

    Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin Friuli-Venetsiya-Culiya regionuna səfər edib.

    "Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində səfir regionun inzibati mərkəzi olan Udine şəhərinin meri Furio Honsel ilə görüşüb.

    Görüşdə şəhər meri Azərbaycan-İtaliya biznes əlaqələrinin inkişafında, həmçinin TAP qaz kəməri layihəsinin həyata keçirilməsində Udine şirkətlərinin rolunu xüsusi vurğulayıb.

    Öz növbəsində, M.Əhmədzadə son illərdə Azərbaycanın inkişafı barədə danışıb, eləcə də Udine şirkətlərinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

    Bundan başqa, Azərbaycan səfiri kənd təsərrüfatı və meşə təsərrüfatı üzrə müşavir Kristiano Şaurli, yerli "San Daniele" aqrar-sənaye parkının prezidenti Klaudio Filiputsi və digər rəsmi şəxslərlə görüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi