Yuxarı
    Bağlamaq

    Azərbaycanın hakim partiyası: “Türkiyə dövlətinin və xalqının yanındayıq”

    YAP icra katibinin müavini Siyavuş Novruzov: “Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir”

    Bakı. 16 iyul. REPORT.AZ/ "Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin və türk xalqının yanındadır".

    Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    S.Novruzov Türkiyədə baş verən hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib.

    O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: "Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir".

    YAP rəsmisi əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır: "Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq, zaman dəyişib. Yəni, hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir".

    Qeyd edək ki, iyulun 15-də axşam saatlarında bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Ankarada baş verən toqquşmalarda 70-ə yaxın insan həlak olub. Çevrilişə cəhd göstərən 754 nəfər saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi