Yuxarı

Azərbaycanın birinci xanımı ABŞ səfiri ilə görüşüb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iki ölkə arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının səfiri Robert Sekuta ilə görüşüb.

“Report”un xəbərinə görə, qonaqları Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrdən danışıb. Azərbaycanın birinci xanımı ölkə müstəqilliyini bərpa edəndən sonra Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iki ölkə arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.

Görüşdə ölkədə regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.

Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm də Avropa üçün əhəmiyyəti vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi