Azərbaycanın Birinci vitse-prezidenti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb Mehriban Əliyeva: “Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir”
Xarici siyasət
18 Aprel , 2017 18:27
Azərbaycanın Birinci vitse-prezidenti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb
Azertag.az

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva aprelin 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb.

"Report" xəbər verir ki, Pyotr Qlıboçkonu salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışdı, filialin yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu deyib.

Son illərdə ölkəmizin səhiyyə sistemində mühüm işlərin görüldüyünü, bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, indi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır. Mehriban Əliyeva bu baxımdan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətinə toxundu və burada təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfələr verəcəyinə əminliyini ifadə edib.

“Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir”, - deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizdə bu sahələrə göstərilən dövlət qayğısını vurğulayıb. Bu gün Azərbaycanda dünyanın aparıcı ali təhsil ocaqlarının filiallarının fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlərin olduğunu bildirib.

Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnun olduğunu vurğulayıb, bu ali təhsil ocağının Bakı filialının fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirib. Universitetin nüfuzlu professor və müəllim heyətinin Bakıdakı filialda tələbələrə dərs keçdiyini deyən Pyotr Qlıboçko filialda olduğunu, tələbələrlə görüşdüyünü və onların burada təhsil almaqdan məmnun qaldıqlarını diqqətə çatdırıb. Rektor bildirib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının çox müasir maddi-texniki bazası var. Pyotr Qlıboçko filialda III kursdan VI kursadək təhsil alan tələbələrin universitetdə strukturlaşmış imtahan verəcəklərini və bunun tələbələrin peşəkarlığının artırılması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Sonda qonaq Birinci vitse-prezident xanım Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Son xəbərlər

Orphus sistemi