Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb Ötən il Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb.
Xarici siyasət
18 Yanvar , 2022 11:52
Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb
Vüsal Hüseynov

Ötən il Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda qanunsuz miqrasiyaya qarşı qəbul edilən qərar sayı 9 074 olub: "Bu göstərici də 2020-ci illə müqayisədə (7317) 24 faiz artım deməkdir. 150 nəfər qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirilib. Bu sayda 2020-ci illə müqayisədə (332) 2,2 dəfə azalma olub. Qaçqın statusunda yaşayanların sayında isə son iki ilə görə dəyişmə yoxdur. Belə ki, bu rəqəm 2020 və 2021-ci illər üzrə 78 nəfər təşkil edib. Ölkədə qaçqın statusu ilə yaşayanların 43 nəfəri İran, 26-sı Əfqanıstan, 4-ü Liviya, 3-ü Pakistan, 2-si isə Cənubi Afrika Respublikasının vətəndaşıdır”.

V.Hüseynov bildirib ki, keçən il üçün 35 nəfər qaçqın və sığınacaq axtaran şəxslər olub: “2020-ci ildə bu say 305 olub. Bu da o deməkdir ki, ötən il bu rəqəmdə 8,7 dəfə azalma olub”.

Son xəbərlər

Orphus sistemi