Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı 64-ə çatıb

Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı 64-ə çatıb Kosta Rikanın Azərbaycanda səfirliyi açılıb
Xarici siyasət
7 Avqust , 2017 15:02
Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı 64-ə çatıb

Bakı. 7 avqust. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Jairo López Bolañosu ilə görüşüb. 

XİN-dən "Report"a verilən məlumata görə, Jairo López Bolaños müvafiq təyinatı və Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq, bu ölkənin xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlikdən bildirilib ki, Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi