Yuxarı
    Bağlamaq

    Azərbaycana gələn turistlər vizanı "ASAN xidmət"dən alacaqlar

    “Turizm haqqında” qanuna dəyişiklik təklif olunub

    Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycana gələn turistlər vizanı turizm şirkətlərindən yox, "ASAN xidmət"dən elektron formada alacaqlar.

    "Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanunun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndinə dəyişiklik təklif olunub.

    Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər” cümləsində “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.

    Maddə 7-1.5-ə edilən dəyişikliyə görə isə elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

    Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

    Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi