Yuxarı
    Bağlamaq

    Azərbaycan Yəmənə humanitar yardım göstərib

    Yardım Donor Konfransı əsnasında göstərilib

    Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib. Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

    İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ilin “İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi