Azərbaycan XİN hoteldəki yanğınla bağlı Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN hoteldəki yanğınla bağlı Türkiyəyə başsağlığı verib Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost
Xarici siyasət
21 Yanvar , 2025 14:36
Azərbaycan XİN hoteldəki yanğınla bağlı Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətindəki hoteldə baş verən yanğınla bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Yanğının səbəbi hələ ki məlum deyil.

Son xəbərlər

Orphus sistemi