Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qə
Xarici siyasət
25 Dekabr , 2024 14:35
Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir:

"Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür".

Əlavə edilib ki, təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var:

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb".

Məlumatda o da vurğulanıb ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

XİN həmçinin qəza ilə bağlı yaradılan qaynar xətt nömrələrini də paylaşıb:

AZAL

(+994) 12 5048280

(+994) 12 5048202

(+994) 12 5048203

Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu

+77087127016

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi

+7 7172 559621

+7 7292 319091

Son xəbərlər

Orphus sistemi