Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN rəhbəri: "Prezidentlərin Sankt Peterburq görüşündən sonra canlanma gözləyirdik, amma bu baş vermədi"

    Gərginliyin olmaması üçün gərək erməni qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxsın

    Bakı. 3 dekabr. REPORT.AZ/ Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayənsi Anjey Kaspşiklə danışdım lakin Ermənistanın Hambirqda ATƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda görüşə razılıq verməsi barədə heç bir xəbər yoxdur.

    "Report"un məlumatına görə, bunu brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

    Onun sözlərinə görə, Ermənistanın bu hərəkəti görüşdə deyiləsi sözün olmadığını göstərir: "Ermənistan tərəfi cavab versəydi, bu onların ciddiliyindən deyərdi".

    Nazir, həmçinin son zamanlar münaqişənin həllində durğunluğun olmasından da danışıb: "Prezidentlərin Sankt Peterburqdə görüşündən sonra canlanma gözləyirdik, amma əfsuslar olsun ki, bu, baş vermədi".

    Son günlər ermənilərin cəbhədə gərginliyin artırılması məsələsinə toxunan E. Məmmədyarov deyib ki, təmas xəttində gərginlik həmişə mövcuddur : "Gərginliyin olmaması üçün gərək erməni qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxsın".

    Anjey Kaspşikin ofisin genişləndirilməsi barədə suala cavabında azərbaycanlı nazir deyib ki, Azərbaycan buna etiraz etmir, " amma əvvəlcə məntiqli məsələlərlə məşğul olmalıyıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi