Azərbaycan-Çin münasibətləri bizim üçün çox önəmlidir.
"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də Xarici İşlər Nazirliyinin (XİN) ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə lideri arasında xoş münasibətlər var: "Çinin Cənubi Qafqazla bağlı artan maraqlarını görürük. Həmçinin, ikitərəfli münasibətlər də yüksələn xətlə inkişaf edir. Bu il çinli turistlərin ölkəmizə səfərində əhəmiyyətli artım olub. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər gedir. Çinin nümayəndə heyəti Azərbaycanda səfərdir. Səfərin əsas məqsədi Orta Dəhlizin Çin malları üçün istifadə olunmasıdır. Biz ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin şahidi olacağıq".