Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri planlaşdırılır. Bu barədə "Report"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
O qeyd edib ki, səfərin tarixi hələ müəyyənləşdirilməyib, lakin o Ukrayna prezidenti Pyotr Poroşenkonun səfərinə hazırlıqla bağlı işlərdən əvvəl baş tutacaq.
P.Poroşenkonun Bakıya səfərindən əvvəl həmçinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclası keçiriləcək.