Azərbaycan XİN Fransanın Nitsa şəhərində törədilən terror aktını pisləyib

Azərbaycan XİN Fransanın Nitsa şəhərində törədilən terror aktını pisləyib XİN: Fransada olan Azərbaycan vətəndaşlarını kütləvi yerlərdən kənar durmağa çağırırıq
Xarici siyasət
15 İyul , 2016 09:58
Azərbaycan XİN Fransanın Nitsa şəhərində törədilən terror aktını pisləyib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Nitsa şəhərində törədilən terror aktını pisləyən bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Azərbaycan Fransanın Nitsa şəhərində törədilən terror aktını kəskin şəkildə pisləyir.

"Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir".

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır: "Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq". 

Son xəbərlər

Orphus sistemi