Azərbaycan XİN Moskvanın erməni əsilli Rusiya vətəndaşlarına qarşı təzyiq göstərilməsi ilə bağlı bəyanatını şərh edib

Azərbaycan XİN Moskvanın erməni əsilli Rusiya vətəndaşlarına qarşı təzyiq göstərilməsi ilə bağlı bəyanatını şərh edib Hikmət Hacıyev: "Rusiya Azərbaycanın bu mövqeyi barədə məlumatlandırılıb"
Xarici siyasət
5 İyul , 2017 15:19
Azərbaycan XİN Moskvanın erməni əsilli Rusiya vətəndaşlarına qarşı təzyiq göstərilməsi ilə bağlı bəyanatını şərh edib
Report.az

Bakı. 5 iyul. REPORT.AZ/ "Ermənistan Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti yürüdür, ona görə də Azərbaycan müəyyən şəxslərə qarşı müvafiq tədbirlər həyata keçirməyə məcburdur".

"Report" xəbər verir ki, bunu brifinqdə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini erməni əsilli Rusiya vətəndaşlarına qarşı təzyiqlərə son qoymağa çağırması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın bu mövqeyi barədə məlumatlandırılıb.

XİN rəsmisi əlavə edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması, vətəndaşların rahat səyahət etməsini təmin etməsi və tərəflər arasında sivil münasibətlər qurulması üçün səy göstərməlidir.

Son xəbərlər

Orphus sistemi