Azərbaycan XİN-in Dövlət Protokolu İdarəsinin rəisi qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib

Xarici siyasət
  • 25 yanvar, 2018
  • 11:55
Azərbaycan XİN-in Dövlət Protokolu İdarəsinin rəisi qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
Xarici İşlər Nazirliyi
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili və Ekvadorun Azərbaycanda akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanı qəbul edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Çili Respublikası (mənzil-qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil-qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini Azərbaycan XİN rəsmisinə təqdim ediblər. 

Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.