Yuxarı

Azərbaycanın XİN başçısı Niderlandın yeni səfiri ilə görüşüb

Elmar Məmmədyarov diplomata uğurlar arzulayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycana yeni təyin olunan səfiri Onno Kerversi qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov Onno Kerversi ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Onno Kervers diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi