Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN başçısı: "Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var"

    Məmmədyarov: Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayırıq

    Bakı. 15 iyul. REPORT.AZ/ "Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var və onlar belə addımlar atır".

    "Report" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın təxribatı nəticəsində azərbaycanlı zabitin şəhid olmasını şərh edərkən deyib.

    Azərbaycan XİN başçısı Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar başsağlığı verib.

    "Bu onu göstərir ki, danışıqları intensivləşdirmək lazımdır", - deyə o bildirib.

    Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsirini şərh edən E.Məmmədyarov deyib: "Türkiyə və Rusiya regionun iki böyük dövlətidir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda etdiyi səfər zamanı qeyd edib ki, regionda nə qədər yaxşı əlaqələr yaratsaq, bu, hamımız üçün bir o qədər yaxşı olar. Biz Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayırıq. Bu amil münaqişənin həlli məsələsinə yardım edəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi