Elmar Məmmədyarov: "Tramp ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib"

Elmar Məmmədyarov: "Tramp ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib" ABŞ Prezidenti Donald Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib.
Xarici siyasət
25 Sentyabr , 2019 13:30
Elmar Məmmədyarov: Tramp ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib

"ABŞ Prezidenti Donald Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “2019 Xəzər Biznes Forumu”nda deyib.

O bildirib ki, ABŞ hökumətinin Cənub Qaz Dəhlizi layihəsini bir çox qurumlar daxilində ciddi şəkildə dəstəklədiyini qeyd etmək vacibdir: "Cənub Qaz Dəhlizini layihəsi başa çatmaq üzrədir və biz qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq. Bu ilin may ayında Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının dördüncü iclası, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət və sərmayə, nəqliyyat və logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və turizm məsələləri üzrə dialoqumuzun gücləndirilməsi və dərinləşdirilməsinə yönəlib. Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi və sonra Qafqaz üzərindən keçən nəqliyyat yolları xüsusilə aktualdır. Bu gün Azərbaycan regional və transmilli bağlılıq təşəbbüslərinin, o cümlədən əsas nəqliyyat əlaqələrinin və strateji infrastrukturun inkişafı, Avrasiyanın müxtəlif regionları arasında sərnişin və yük daşınmasının inkişafı üçün beynəlxalq logistika mərkəzlərinin və sərbəst ticarət zonalarının yaradılmasının fəal iştirakçısı və onu təşviq edən tərəfdir".

Son xəbərlər

Orphus sistemi