Azərbaycanın XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycanın XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşəcək Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq
Xarici siyasət
31 Yanvar , 2017 12:36
Azərbaycanın XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ "Münhen Təhlükəsizlik Konfransında iştirak etmək və orada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək niyyətindəyəm".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, 53-cü illik Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.

Ermənistan tərəfinin Azərbaycanın şəhid olmuş əsgərinin meyitini qaytarmaması məsələsini şərh edən E.Məmmədyarov bu addımı qeyri-insani hərəkət adlandırıb: "Bu məsələnin həll olunacağına əminəm. Məsələni həmsədr ilə müzakirə etmişəm".