Prezident İlham Əliyev: "Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər"

Prezident İlham Əliyev: "Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər" Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər.
Xarici siyasət
1 Fevral , 2019 20:39
Prezident İlham Əliyev: Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər". 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib. 

"Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi”, - deyə dövlət başçısı qeyd edib. 

Son xəbərlər

Orphus sistemi