Yaponiya hökuməti COVID-19 pandemiyası ilə bağlı səyahət məhdudiyyəti tətbiq edilmiş ölkələrin siyahısına aralarında Azərbaycanın da olduğu 13 ölkəni daxil etdi.
“Report” xəbər verir ki, ölkənin xarici işlər naziri Toşimitsu Motegi mətbuat konfransı zamanı həmin ölkələrə və ya oradan səfərlərlə bağlı xəbərdarlığı “səviyyə 3” olan ikinci ən yüksək səviyyəyə qaldırdıqlarını qeyd edib.
Adıçəkilən ölkələrdən Yaponiyaya girişə dair məhdudiyyətin müvafiq məşvərətlərdən sonra Milli Təhlükəsizlik Şurası və hökumətin aidiyyəti qurumlarında koronavirusla bağlı növbəti müzakirələr zamanı təsdiqlənərək iki həftə müddətinə tətbiq ediləcəyi bildirilir. Həmin ölkələr sırasında Azərbaycandan başqa, Qazaxıstan, Maldiv, Meksika, Kolumbiya, Uruqvay, Honduras və Afrikanın 5 ölkəsi olduğu diqqətə çatdırılıb.
Sözügedən qərarla “səviyyə 3” xəbərdarlığının şamil olduğu ölkə və bölgələrin sayı 100-ə çatdırılacaq.