Yuxarı

Azərbaycan vətəndaşlarına verilən şengen vizalarının sayı artıb

Ötən il Azərbaycan vətəndaşlarına 75 minə yaxın viza verilib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşlarına verilən şengen vizalarının sayı artıb. 2014-cü ildə Azərbaycan vətəndaşlarına 75 minə yaxın viza verilib, bu da 2013-cü ildə olduğundan 10 min çoxdur. 

"Report" xəbər verir ki, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib.

Onun sözlərinə görə,  Aİ ölkələrinə səfər edən Azərbaycan vətəndaşlarının sayının artması 1 sentyabr 2014-cü ildə qüvvəyə minən viza rejiminin sadələşdirilməsi, Azərbaycan və Aİ arasında readmissiya haqqında müqavilə ilə əlaqədardır.

Səfir vurğulayıb ki, yay aylarına qədər Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiyası üzrə birgə komitənin iclası keçiriləcək. Həmin iclasda tərəflər müqavilənin həyata keçirilməsi və viza rejiminin sadələşdirilməsi üzrə gələcək addımları müzakirə edəcəklər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi