Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.
“Report”un xəbərinə görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.
“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır... İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, - qurumdan bildirilib.
Qeyd edək ki, ötən ilin dekabrın 10-da Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Türkiyə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər edə biləcəklər.