Azərbaycan və Xorvatiyanın NATO yanında nümayəndələri regional məsələləri müzakirə ediblər

Azərbaycan və Xorvatiyanın NATO yanında nümayəndələri regional məsələləri müzakirə ediblər Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Xorvatiyanın Alyans yanındakı nümayəndəsi səfir Mario Nobilo ilə cari regional məsələləri müzakirə edib.
Xarici siyasət
14 aprel 2025 15:44
Azərbaycan və Xorvatiyanın NATO yanında nümayəndələri regional məsələləri müzakirə ediblər

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Xorvatiyanın Alyans yanındakı nümayəndəsi səfir Mario Nobilo ilə cari regional məsələləri (Cənubi Qafqaz - red.) müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan səfiri "X"də yazıb.

"Bu gün Xorvatiyanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Mario Nobilo ilə görüşdüm. Biz Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri, həmçinin cari regional hadisələr barədə səmərəli müzakirə apardıq",- məlumatda qeyd olunub.

Orphus sistemi