Yuxarı

Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, təmas xəttindəki vəziyyət müzakirə olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra aktual regional məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyət müzakirə olunub.

Xatırladaq ki, E.Məmmədyarov İranın Ramsar şəhərində Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin IV üçtərəfli görüşündə iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi