Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Xarici siyasət
- 24 dekabr, 2015
- 09:53
Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. “Report” Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı və əmin-amanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev təbrikə və diqqətə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Son xəbərlər
21:41
Hakan Fidan və Omanın XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə ediblər
Region21:41
"Neftçi" amerikalı basketbolçu transfer edib, iki oyunçu ilə yollarını ayırıb
Komanda21:40
Azərbaycanın Gürcüstandakı səfiri BP-nin regional prezidenti ilə görüşüb
Energetika21:34
Qazaxıstanlı hakim: "Güləş üzrə Azərbaycan çempionatının və referilərin inkişafı aydın görünür"
Fərdi21:20
Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək
Digər ölkələr21:11
ABŞ husilərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr21:07
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
Fərdi20:57
Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Region20:56