İnformasiya və dövlət kommunikasiyası sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunub

İnformasiya və dövlət kommunikasiyası sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunub Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfəri davam edir.
Xarici siyasət
13 Oktyabr , 2023 17:59
İnformasiya və dövlət kommunikasiyası sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfəri davam edir.

"Report" xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Anadolu Agentliyində görüşlər keçirib.

Görüşlər zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin media və dövlət kommunikasiyası ilə yanaşı strateji kommunikasiya mexanizmi, Mədəniyyət və Turizm Nazirliyinin PR strategiyası, ölkə tanıtımı və turizmin potensialının təşviqi, Anadolu Agentliyinin ölkədaxili, regionda və qlobal miqyasda fəaliyyəti, müasir dövrdə jurnalistila və media ilə iş mövzusunda təqdimatlar edilmiş və təcrübə mübadiləsi aparılmışdır. Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Son xəbərlər

Orphus sistemi