Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya XİN başçıları Daqlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək

    Xarici işlər nazirləri ikitərəfli dialoqun inkişafına da diqqət yetirəcəklər

    Bakı. 12 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfəri çərçivəsində bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. 

    "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli dialoqun inkişafı və aktual beynəlxalq problemləri müzakirə edəcəklər.

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüşdə Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səyləri müzakirə edilib. 

    Məlumata görə, hər iki ölkənin XİN başçıları danışıqların davamı olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi diqqət yetirəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi