Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.
Xarici siyasət
31 Mart , 2023 16:34
Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub

Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi