Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin Xarici İşlər nazirlikləriarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.
Görüşdə regional və beynəlxalq mövzular, o cümlədən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu, Paraqvayın MERKOSUR-dakı fəaliyyəti, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin son vəziyyəti və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə paraqvaylı həmkarına məlumat verən E.Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatasında müvafiq bəyanatın qəbul edilməsinin əhəmiyyətli olduğunu bildirib.
Nazir paraqvaylı həmkarını Azərbaycana səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən nazir, qarşılıqı olaraq azərbaycanlı həmkarını da Paraqvaya səfərə dəvət edib.
Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.