Yuxarı
    Bağlamaq

    Azərbaycan və Özbəkistan XİN-lərarası məsləhətləşmələr keçirib

    Tərəflər ikitərəfli sənəd layihələri üzrə fikir mübadiləsi aparıblar

    Bakı. 22 dekabr. REPORT.AZ/ Daşkənddə Azərbaycan və Özbəkistan arasında münasibətlərin inventarlaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi üzrə XİN-lərarası məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

    "Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinə beynəlxalq hüquq və sazişlər şöbəsinin müdir müavini Ceyhun Şahverdiyev başçılıq edib.

    Tərəflər əməkdaşlığın hüquqi bazasını inventarlaşdırıb, ikitərəfli sənəd layihələri üzrə fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının inkişaf etdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

    Danışıqlar zamanı, həmçinin XİN-lərin hüquqi xidmətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi