Yuxarı

Azərbaycanla Malayziya məhbusların ekstradisiyasına dair razılaşma imzalamağı planlaşdırır

Doqquz ölkə Malayziya ilə bu cür razılaşma imzalamaqda maraqlı olduqlarını bildiriblər

Bakı. 3 dekabr. REPORT.AZ/ Malayziya bir sıra ölkələrlə məhbusların ekstradisiyası haqqında beynəlxalq razılaşma imzalamağı planlaşdırır. "Report" Malayziya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin xarici işlər nazirinin müavini Van Xunaydi Tuanku Cəfər bəyan edib. 

Onun sözlərinə görə, bu gün daha doqquz ölkə belə razılaşma imzalamaqda maraqlı olduqlarını bildiriblər. Bura İran, Azərbaycan, Latviya, Bolqarıstan, Filippin, Rumıniya, Türkiyə, Səudiyyə Ərəbistanı və Cənubi Koreya daxildir.  

O qeyd edib ki, hazırda Malayziyada həbsdə olan 2 minə yaxın xarici vətəndaş öz ölkələrinə təhvil verilə bilər. Təxminən 1700 Malayziya vətəndaşı da xaricdə cəza çəkir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi