​Azərbaycan və Litva arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

​Azərbaycan və Litva arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Həsən Məmmədzadə Litvanın ədliyyə naziri Yozas Bernatonis ilə görüşüb
Xarici siyasət
23 Fevral , 2015 14:04
​Azərbaycan və Litva arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın ədliyyə naziri Yozas Bernatonis ilə görüşüb.

Azərbaycanın Litvadakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda, o cümlədən iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

H.Məmmədzadə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın mühüm tərəfdaşlardan biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. Səfir Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə ədliyyə sahəsində aparılan genişmiqyaslı islahatlar barədə Y.Bernatonisi məlumatlandırıb.

Görüş zamanı səfir Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, münaqişənin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyi, həmçinin Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi işğalçı siyasəti ilə bağlı məlumat verdikdən sonra nazir Y.Bernatonis ilə regionda cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparıb. 

Son xəbərlər

Orphus sistemi