Azərbaycan və İsveçrə arasında bir sıra sənəd imzalanacaq

Azərbaycan və İsveçrə arasında bir sıra sənəd imzalanacaq Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə və Lixtenşteynə rəsmi səfərə gedəcək
Xarici siyasət
7 Oktyabr , 2016 18:48
Azərbaycan və İsveçrə arasında bir sıra sənəd imzalanacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 9-11-də İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığına rəsmi səfər edəcək.

XİN-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının rəsmi şəxsləri ilə görüşü, Azərbaycan və İsveçrə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məqsədilə bir sıra sənədin imzalanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi