Azərbaycan və Gürcüstan arasında humanitar əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
- 27 noyabr, 2020
- 06:05
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, tərəflər ölkələr arasında humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.
M.Çxenkeli Gürcüstan və Azərbaycanın birgə reallaşdırdığı layihələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırma layihələrinin həyata keçirilməsi əhəmiyyətlidir.
Görüşdə həmçinin mədəniyyət və idman sahələrində də qarşılıqlı əlaqələrin gücləndirilməsinin önəmi vurğulanıb.
F.Quliyev öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hazırlığını ifadə edib.
Son xəbərlər
20:57
"Qobu Park 1"dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
Hadisə20:56
Misir XİN rəhbəri: Qəzzaya tezliklə beynəlxalq qüvvələr yerləşdirilməlidir
Digər ölkələr20:43
Foto
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub
Elm və təhsil20:35
Foto
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə başa çatıb
Fərdi20:28
Foto
BDU-nun dosenti Eldar Kərimov vəfat edib
Elm və təhsil20:14
Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumundan sonra Moldova Rumıniyadan kömək istəyib
Digər ölkələr19:58
Əl Şaraa: Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək
Digər ölkələr19:39
AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub
Futbol19:35