Azərbaycan və Əfqanıstan İT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək

Azərbaycan və Əfqanıstan İT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Şahzad Ariobi noyabrın 7-8-də Bakıya səfərə gələcək
Xarici siyasət
6 Noyabr , 2017 14:48
Azərbaycan və Əfqanıstan İT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Əfqanıstanın rabitə və informasiya texnologiyaları (İT) naziri vəzifəsini icra edən Şahzad Ariobi (Shahzad Aryobee) noyabrın 7-8-də Azərbaycana səfər çərçivəsində görüşlər keçirəcək və İT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bu barədə "Report"a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Ş.Ariobi ilə yanaşı, ölkənin maliyyə naziri Eklil Əhməd Hakimi də Azərbaycana səfərə gələcək.

Səfər Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin dəvəti ilə həyata keçiriləcək. Bakıda əfqanıstanlı nazir iqtisadi və ticarət məsələlərini müzakirə edəcək, eləcə də digər Azərbaycan rəsmiləri ilə görüşləri təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi